Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

22 dekabr 2023 | 16:56

Səbail rayonunda “Heydər Əliyev İli” çərçivəsində İçərişəhər Cümə məscidi icmasının təşkilatçılığı ilə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Millət vəkilləri Anar İsgəndərov, Aydın  Hüseynov və Arzu Nağıyev, RİHBA-nın şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, QMİ-nin Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Müqəddəs kitabımız olan Qurani-Kərimin oxunuşu ilə başlanan tədbirin əvvəlində ulu öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbir zamanı çıxış edənlər ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin  inkişaf və tərəqqisi üçün atdığı addımlardan, ölkədəki dini ibadət yerlərinin təmiri, bərpası və qorunması istiqamətində görgüyü işlərdən bəhs etmişlər.

Keçidlər