Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

05 may 2025 | 16:55

Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin deputatı Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhid ailə üzvləri, qazilər, ziyalılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx təqdim olunmuşdur.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin siyasi fəaliyyətinin tarixi inkişaf dövrləri barəsində ərtaflı danışmışlar. Bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoymuşdur. Bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır.
Tədbir bədii hissə ilə davam etmişdir.
Sonda YAP Səbail rayon təşkilatının fəal üzvləri fəxri fərmanla təltif olunmuş, yeni üzvlərə isə partiya vəsiqələri təqdim edilmişdir.

Keçidlər