Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi

15 iyun 2022 | 15:02

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilmişdir. Səbail rayonunun ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində Səbail RİHBA-nın məsul əməkdaşları, müəllim-şagird kollektivi və valideynlər iştirak etmişlər.
Tədbir zamanı 2021-2022-ci tədris ilinin uğurlarından söz açılaraq Səbail rayonu üzrə təhsil sahəsində əldə edilən nəaliyyətlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Səbail rayonunda da yüksək inkişafa stimul olub. Əsası Ümummilli lider Heydər Əliyev qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Tədbir zamanı çıxış edən məzunlar müasir standartlara cavab verən ümumtəhsil müəssisələrində yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda məzunlar “Son zəng” münasibətilə təbrik edilmiş, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulanmışdır.

Keçidlər