Səbaildə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində görüş keçirilmişdir. Görüşdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və şöbənin əməkdaşları, məktəbin direktoru Könül Təhməzova, psixoloq Aqil Mübariz, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir zamanı qeyd edilmişdir ki, hər il olduğu kimi 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” kimi qeyd edilir. Bildirilmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirin yekununda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.