Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə uşaq hüquqları mövzusunda görüş keçirilmişdir

24 noyabr 2023 | 16:22

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 160 nömrəli Klassik gimnaziyada 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə görüş keçirilmişdir. Görüşdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın məsul əməkdaşları, məktəbin direktoru Gülnarə Mustafayeva, psixoloq Aqil Mübariz, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.

Görüş zamanı ölkəmizdə  uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Belə ki,  uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilmiş və  onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilmişdir. Tədbirdə uşaqların istismar olunması, erkən nikah, narkomaniya, insan alveri, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilmiş, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılmışdır

Sonda uşaqların çoxsaylı sualları ətraflı cavablandırılmış, onlara hüquqları izah edilmiş, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir.

Keçidlər