Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə uşaqlar üçün Yeni il şənliyi keçirilib

29 dekabr 2023 | 17:47

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Sağlam Həyatın Təbliği İctimai Birliyinin dəstəyi ilə Nizami kinomərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirləri keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı Şəhəri üzrə İdarəsinin müdiri Raqif Zamanov, valideyn və uşaqlar iştirak etmişlər.

Tədbir zamanı 200 nəfəri əhatə edən və dörd hissədən ibarət olan tədbirdə müxtəlif personajların ifasında rəngarəng oyunlar təşkil olunmuşdur.

Tədbirdə iştirak edən valideynlər şəhid ailələrinə və müharibə iştirakçılarına, eləcə də  fiziki məhdudiyyətli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Sonda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Keçidlər