Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda məktəblilərlə vətənpərvərlik mövzusunda görüş keçirilmişdir

19 may 2025 | 17:02

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı məktəblilərlə vətənpərvərlik mövzusunda görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, Səbail rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak etmişlər.
Tədbir zamanı bildirilmişdir ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti, Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Tədbirdə 160 nömrəli Klassik gimnaziyanın şagirdlərinin təqdimatında Vətən Müharibəsinə həsr olunmuş səhnəciklər nümayiş olunmuşdur.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin vətənə, xalqa, ailə dəyərlərinə sevgi və böyük hörmət ruhunda tərbiyə edilməsi olmuşdur.

Keçidlər