Səbaildə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
Səbaildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şobə müdirləri, T. İsmayılov adına 6 nömrəli liseyin direktoru Gülşən Orucova, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qeyd olunmuşdur ki, “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.






