Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 8 noyabr – Zəfər Günü ilə əlaqədar Vətən şəhidlərinin məzarları ziyarət olundu

08 noyabr 2022 | 16:57

Noyabrın 8-də Zəfər Günü münasibətilə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən şəhidlərinin məzarları ziyarət olunmuşdur. Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİHBA-nın əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin əziz xatirəsinə quraşdırılmış xatirə lövhəsi, daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın azad olunması naminə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.
Mərasim zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və 44 gündən sonra Böyük Zəfərlə başa çatan Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu bildirərək, 8 noyabr – Zəfər Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin əmanəti olduğunu qeyd etmişdir.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri tərəfindən Azərbaycan xalqına unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

Keçidlər