Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə bələdiyyələr, nümayəndəliklər və MKİS-lər tərəfindən yerlərdə vətəndaş qəbulları keçirilir

02 avqust 2022 | 11:45

Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş silsilə tədbirlərin davamı olaraq Səbail rayonu ərazisində nümayəndəliklər, bələdiyyələr və MKİS rəhbərləri tərəfindən müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
Qəbullar zamanı bir sıra müraciətlər yerindəcə cavablandırılmış, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün qeyd edirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda nümayəndəliklər, bələdiyyələr və MKİS rəhbərləri tərəfindən qəbullar təşkil olunur. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Keçidlər