Səbail rayonunda yolların asfaltlanması işləri həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi məqsədilə respublikamızın bütün ərazilərində, o cümlədən Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
2024-cü il ərzində Səbail rayonu ərazisində yolların asfaltlanması ilə əlaqədar görülən işlər çərçivəsində 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsi 14 ünvanında yeni asfalt örtüyünün çəkilməsi işlərinə başlanılmışdır.
Qeyd edək ki, son 6 il ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfaltlanma işləri aparılmışdır. Cari il ərzində təmirə ehtiyacı olan yollarda əsaslı təmir işlərinin davam etdirilməsi və yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə həyata keçirilir.