Səbaildə “Zəfər tarixi” mövzusunda konfrans keçirildi
Səbail rayonunda yerləşən 160 nömrəli klassik gimnaziyada IX sinif şagirdləri üçün Müstəqillik Gününə həsr edilmiş “Zəfər tarixi” yekun konfransı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın məsul əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə qeyd edilmişdir ki, bu proqram vasitəsi ilə yalnız 44 günlük dövr deyil, bu günə qədər olan tariximiz gənclərə çatdırılacaqdır. Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Ulu Öndər Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı ölkə başçısı cənab Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilmişdir.
Konfransda IX sinif şagirdlərinin çıxışları dinlənilmiş, məktəblilər tərəfindən “Zəfər tarixi”nə həsr olunan “Xarıbülbül” rəqsi maraqla qarşılanmışdır.
Konfransın sonunda mövzu ilə əlaqadar ən yaxşı referat və rəsm hazırlamış IX sinif şagirdlərinə fərxri fərmanlar təqdim edilmişdir.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən cari ildən etibarən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunmaqdadır.