Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

12 iyun 2023 | 15:51

Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi və çimərliklərdə mövsümə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzil fondunun uçotu şöbəsinin müdiri Kərəm Qafarlı, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak etmişlər.

Müşavirə zamanı rayon ərazisinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan bütün neqativ halların  aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda rayon ərazisindəki çimərliklərin vəziyyəti, çimərlik ərazilərində məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, bərk məişət və plastik tullantılarla çirklənmənin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri genişləndirilməsi, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilmişdir.

Keçidlər