Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir

21 aprel 2026 | 14:27

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİH başçısının müavini Eldar Ağayev və RİHBA-nın sektor müdiri Qabil Vahidov ilə birgə Vətən müharibəsi şəhidləri Qurbanov Murad Asif oğlu, Teymurov Vüsal Zakir oğlu, İbrahimli Cavidan Nizami oğlu və Həsənov Vüsal Ariz oğlunun anaları Mehriban Əmrahova, Nahidə Teymurova, Gülnaz İbrahimova və Mərifət Həsənova ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhid anaları ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda şəhid anaları ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər