31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid ailələri və müharibə veteranları ilə görüş keçirilmişdir
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova şəhid ailələri və müharibə veteranları ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və müharibə veteranlarının lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.
Şəhidlərin ailə üzvləri və müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra şəhidlərin ailə üzvlərinə və müharibə veteranlarına 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sovqatlar təqdim edilmişdir.