Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı rayon ərazisində yaşayan şəhid ailələri ziyarət olunub

20 yanvar 2025 | 17:18

20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri Qabil Vahidov, Leyli Mirzəyeva və Orxan Aydınov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı RİH başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın şöbə müdirləri şəhidlərin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulayaraq keçmiş sovet ittifaqı ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin müstəqillik tariximizin qəhramanları olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmədiyini, məhz ulu öndərin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdıran Kəmalə Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və aparılan bu işlərin gələcəkdə də davam olunacağını qeyd etmişdir.

Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər