20 yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı rayon ərazisində yaşayan şəhid ailələri ziyarət olunub
20 yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Millət vəkili Nigar Arpadarai, RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, şöbə müdirinin müavini – sektor müdiri Orxan Aydınov və Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, dərin hörmət və ehtiram ifadə olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və Millət vəkili Nigar Arpadarai şəhidlərin ailə üzvləri ilə görüş zamanı 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinə 20 Yanvar - müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunmuşdur. Bu hadisə qanla yazılsa da, şanlı tarix salnaməsidir. Ümummilli lider Heydər Əliyevin quruculuq siyasəti ilə müqəddəs şəhidlərimizin adı əbədiləşdirilmiş və onların ailələri dövlət qayğısı ilə əhatə olunmuşdur. Hazırda Prezident cənab İlham Əliyev tərəfindən dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən bu ənənə davam etdirilir. Hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur və bu hadisə ilə bağlı xüsusi tədbirlər görülür.
Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.






