Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid anası Aygün Məmmədova ilə görüş keçirmişdir

27 noyabr 2025 | 15:22

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin anası Aygün Məmmədova ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailə üzvünün qayğıları ilə maraqlanmışdır.
Şəhidin anası Aygün Məmmədova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər