Şəhid Yusif Budaqovun anası Lətafət xanım yubileyi münasibətilə ziyarət olundu
11 fevral 2026 | 15:01
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova RİHBA-nın şöbə müdirinin müavini – sektor müdiri Orxan Aydınov ilə birgə Vətən müharibəsi şəhidi Yusif Budaqovun anası Lətafət Budaqovanı yubileyi münasibətilə yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Şəhidin anası Lətafət Budaqova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.






