Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüsal Həsənovun anası Mərifət xanım yubileyi münasibətilə ziyarət olundu

21 avqust 2026 | 14:11

Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova RİHBA-nın şöbə müdirinin müavini – sektor müdiri Orxan Aydınov ilə birgə Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlunun anası Mərifət Həsənovanı yubileyi münasibətilə yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər