Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayıl Hüseynovun anası Sona xanım yubileyi münasibətilə ziyarət olundu

26 oktyabr 2022 | 10:02

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, RİHB-nın 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov Vətən müharibəsi şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun anası Sona xanımı yubileyi ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.

Ziyarət zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.

Şəhidin anası Sona Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər