Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Maarif Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Rafail Hüseynovun atası Maarif Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir. Görüşdə RİH başçısının müavini Eldar Ağayev və RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov iştirak etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid atasının qayğıları ilə maraqlanmışdır.
Şəhidin atası Maarif Hüseynov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Sonda Maarif Hüseynova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.