Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynov ziyarət olundu

08 iyul 2026 | 15:37

Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİH başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Rafail Hüseynovun atası Maarif Hüseynovu ziyarət etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər Səbail rayonunda sistemli və ardıcıl xarakter daşıdığı bildirilmişdir.
Şəhid atası Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər