Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun ailə üzvləri ziyarət olundu

06 dekabr 2022 | 10:57

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Bilal Qənbərovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış barelyefi ziyarət olunaraq xatirəsi ehtiramla anılmışdır.

Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu bildirmişdir.

Şəhidin valideynləri dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər