Şəhid Atabala Həsənovun xatirə bulağı ziyarət olunub
Qarabağ Müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Həsənov Atabala Hüseyn oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi 18 ünvanında inşa olunmuş abidə-bulaq kompleksi Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri və RİHBA-nın məsul əməkdaşları tərəfindən ziyarət olunmuşdur.
Ziyarət zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımızın heç vaxt unudulmayacağını bildirərək ən ali, müqəddəs şəhidlik zirvəsinə yüksələn vətən övladlarının daim qəlblərdə yaşadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri ilə dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını bildirmişdir.
Qeyd etmək istəyirik ki, Atabala Həsənov ermənilərin Azərbaycan xalqına törətdikləri amansızlıqlara dözə bilməyərək 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılaraq döyüşlərə qatılmış, 1993-cü ilin iyulun 25-də şəhidlik zirvəsinə ucalmışdır.