Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavidan Ağayevin ailə üzvləri ziyarət olundu

11 oktyabr 2023 | 15:17

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri Leyli Mirzəyeva və Orxan Aydınov Vətən müharibəsi şəhidi Ağayev Cavidan Mirzəağa oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin anası Gülnarə Ağayeva şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər