Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin ailə üzvləri ziyarət olundu

15 sentyabr 2026 | 12:34

Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirinin müavini – sektor müdiri Orxan Aydınov və əməkdaşı Nicat Quliyev Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Cavidan İbrahimlinin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır. Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.

Keçidlər