Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin ailə üzvləri ziyarət olundu

28 noyabr 2023 | 12:02

Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.

Şəhidin anası Gülnaz İbrahimova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cavidan İbrahimli döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər