Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin ailə üzvləri ziyarət olundu
23 sentyabr 2026 | 13:48
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın əməkdaşı Nicat Quliyev Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Cəmil Məmmədlinin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır. Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.






