Rayon İcra Hakimiyyətinin başçısı şəhid Elçin Quliyevin ailə üzvü ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Quliyev Elçin Balaxan oğlunun həyat yoldaşı Quliyeva Nailə Murtuza qızı ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvünün qayğıları ilə maraqlanmışdır. Şəhidin həyat yoldaşı Quliyeva Nailə Murtuza qızı şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, şəhid 15.10.1965-ci il təvəllüdlü Quliyev Elçin Balaxan oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1991-ci ildə cəbhə xəttinə yola düşmüş, Xocalı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və 26 fevral 1992-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.






