RİH başçısı şəhid Elşən Nəsirovun ailə üzvləri ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşları ilə birgə şəhid Nəsirov Elşən Qara oğlunun həyat yoldaşı Əliyeva Nanə Məmməd qızı ilə görüş keçirmişdir.
Görüşdə şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir və bu istiqamətdə görülən tədbirlər çərçivəsində xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhidin həyat yoldaşı Nanə Əliyeva şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 1968-ci ildə Beyləqan rayonunda anadan olan Elşən Nəsirov 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılaraq döyüşlərə qatılmışdır. O, müharibəyə gedən zaman ailəli idi. Elşən Nəsirov 1993-cü il iyunun 17-də qızğın döyüşlərin getdiyi Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.