Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Fərid Əliyevin atası ilə görüş keçirmişdir

09 yanvar 2024 | 13:52

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsində qəhrəmancasına şəhid olan Fərid Əliyevin atası Pirəli Əliyev ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.

Şəhidin atası şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər