Şəhid Fikrət Həzrətquliyevin ailə üzvləri ziyarət olunmuşdur
Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Şahin Talıbov, Nicat Quliyev və Murad Əhmədsoy şəhid Həzrətquliyev Fikrət Xanputa oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı şəhid Fikrət Həzrətquliyevin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Fikrət Həzrətquliyev 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılmış, Ağdam rayonu uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1993-ci ilin iyun ayında Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.






