Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və müharibə veteranları Badamdar qəsəbəsi, İlkin Əhədzadə küçəsi 56 ünvanında Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov dövlətimiz tərəfindən vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələrinin, həmçinin, müharibə veteranlarının və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayandığının bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.