Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin ailə üzvləri ziyarət olundu
27 noyabr 2024 | 12:27
Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid İlkin Əhədzadənin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.