Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin qardaşının toy məclisi keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri və şəhidlərin ailə üzvləri Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin qardaşı Emin Əhədzadənin toy məclisində iştirak etmişlər.
Şəhid qardaşını ailə qurması münasibətilə təbrik edən RİH başçısının birinci müavini Vüqar Şixəmmədov yeni qurulan ailəyə həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini, şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Şəhidin valideynləri şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.