Şəhid İlkin Əhədzadənin anası yubileyi münasibətilə ziyarət olundu
07 iyul 2025 | 10:40
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova Vətən müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun anası Asəmən Əhədovanı yubileyi ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Şəhidin anası Asəmən Əhədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.






