Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayıl Hüseynovun ailə üzvləri Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən ziyarət olunmuşdur

30 yanvar 2023 | 14:28

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən keçirilən görüşlər davam edir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları İlahə Rzayeva, Abasağa Dərbəndli və Musa Kazımov tərəfindən Vətən müharibəsi şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun ailə üzvləri ziyarət olunmuşdur. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid İsmayıl Hüseynovun keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Şəhidin anası Sona xanım şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər