Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində şəhid İsrail Məmmədovun ailə üzvləri ziyarət olunub

18 mart 2023 | 10:35

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov Novruz bayramı münasibətilə Səbail rayon şəhidi İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılovanı ziyarət etmişlər.
Ziyarət zamanı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi zəfərimizdən bəhs edilərək rəşadətli ordumuzun qəhrəmanlıqlarından söhbət açılmışdır. Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğu vurğulanmış, qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının ən yüksək səviyyədə dəyərləndirildiyi qeyd edilmişdir.
Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən şəhidin həyat yoldaşı İpək İsmayılova aparılan islahatlar və görülən yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər