Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kamal Alıyevin xatirə lövhəsinin açılışı

18 yanvar 2024 | 12:00

Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Alıyev Kamal Bayram oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Kamal Alıyev 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılaraq döyüşlərə qatılmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli rayonuna göndərilən Kamal Alıyev qorxmaz və bacarıqlı əsgər kimi tanınmış, Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1993-cü ilin iyunun 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər