Vətən müharibəsi şəhidi Murad Qurbanovun ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri Leyli Mirzəyeva və Orxan Aydınov Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin anası Mehriban Əmrahova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.