Şəhid Orxan İsmayılovun ailə üzvləri RİHBA-nın əməkdaşları tərəfindən ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının (RİHBA) əməkdaşları tərəfindən keçirilən görüşlər davam edir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Bəsirət Cəfərova, Fariz Dadaşov, Nicat Quliyev və Günay Əbdülrəhimova Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Orxan İsmayılovun keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin valideynləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayılov Orxan Zöhrab oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Cəsur Döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.