Şriftin ölçüsü :

Saytın rəngi :

Orxan İsmayılovun şəhid olmasının ildönümü münasibətilə xatirə lövhəsi ziyarət olundu

06 oktyabr 2022 | 10:16

Oktyabrın 4-də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru İsmayılov Orxan Zöhrab oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən İsmayılov Orxan Zöhrab oğlunun Xətai rayonunda şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsi ziyarət olunmuş, şəhidin xatirəsi ehtiramla anılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində verilən qiymətdən, onların  ailələrinə göstərilən diqqət və qayğıdan danışan RİH başçısı Vuqar Zeynalov ölkə rəhbərliyinin tapşırıq və göstərişləri ilə bu qayğının yerlərdə də layiqincə davam etdirildiyini qeyd etmişdir. 

Mərasimdə çıxış edən şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayılov Orxan Zöhrab oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Keçidlər