Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Samir Heydərovun ailə üzvü ilə görüş keçirib

29 avqust 2023 | 11:35

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid Heydərov Samir Rauf oğlunun anası Rəfiyə Heydərova ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin anasının qayğı və problemləri ilə maraqlanaraq onu narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər vermişdir. Şəhidin anası Rəfiyə Heydərova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər