Şəhid gizir Səbuhi Əhmədovun II Fəxri Xiyabandakı məzarı ziyarət olundu
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid gizir Səbuhi Əhmədovun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, şəhid gizir Səbuhi Əhmədov Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən igidlik və mərdlik göstərərək şəhid olmuş Səbuhi Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.