Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vasif Hüseynovun xatirəsi anıldı

25 oktyabr 2024 | 16:47

Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Hüseynov Vasif Tahir oğlunun Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 27 ünvanında yerləşən xatirə lövhəsi ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər