Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda dəfn olunan şəhid Vüsal Həsənovun məzarı ziyarət olundu

06 dekabr 2022 | 19:38

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Gülnarə Rəhimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı aparatının əməkdaşları və şəhidlərin ailə üzvləri tərəfindən Şabran rayonunun Zeyvə kənd qəbiristanlığında dəfn olunan Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək, dövlət tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqətin və verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər