Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Budaqov adı Badamdar qəsəbəsində yerləşən küçəyə verildi

06 noyabr 2023 | 12:58

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Budaqov Yusif Ramiq oğlunun Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən küçəyə adının verilməsi və qeyd olunan küçədə şəhidin xatirə lövhəsinin açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasim zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən və onlara göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin problemlərinin həlli, eyni zamanda müharibə əlillərinin sağlamlığının bərpası istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

Şəhidin anası Lətafət Budaqova hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, aprel döyüşlərindədə iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış, oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər