Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yusif Budaqovun ailə üzvləri ziyarət olundu

23 noyabr 2023 | 12:43

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Quliyev Vətən müharibəsi şəhidi Budaqov Yusif Ramiq oğlunun anası Lətafət Budaqovanı ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.

Şəhidin anası Lətafət Budaqova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, aprel döyüşlərindədə iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış, oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər