Şəhid Yusif Budaqovun anası ziyarət olundu
10 iyul 2025 | 13:10
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, RİH yanında İctimai Şuranın sədri Şakir İmambəyli Vətən Müharibəsi şəhidi Yusif Budaqovun anası Lətafət Budaqova ziyarət etmişlər.
Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.






